Tokayev İrəvana gəldi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gedib.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.

Tokayevi Zvarnots Hava Limanında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb.

O, İrəvana səfəri çərçivəsində erməni həmkarı Vaaqn Xaçaturyan, eləcə də Baş nazir Nikol Paşinyan və parlamentin spikeri Alen Simonyanla görüşəcək.