Tokayev Bakı və İrəvan arasında sülhdən danışdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistana gözlənilən səfəri ərəfəsində erməni mətbuatına müsahibə verib.

Globalinfo.az xəbər verir ki, Tokayev Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ətrafında vəziyyəti şərh edib.

O, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olduğunu bildirib:

“Təbii ki, Qazaxıstan bu mövzuya biganə qalmır. Bizə dost olan iki dövlət arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlıyıq. İrəvanla Bakı arasında möhkəm və uzunmüddətli sülhün bərqərar olması ölkəmizin maraqlarına uyğundur. Sülhməramlıların təşəbbüskarı və dəstəkçisi kimi, Qazaxıstan regionumuzun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəstəkləməyə hazırdır”, – Tokayev deyib.

Zaira Akifqızı
Globalinfo.az