Toivo Klaar: “Türkiyənin bunun üçün çoxlu təklifləri var” – YENİLƏNİB

“Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”.

Globalinfo.az bildirir ki, bunu bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tviterdə yazıb.

O, Türkiyənin İstanbul şəhərində keçirilən TRT Dünya Forumuna dəvət üçün minnətdarlığını bildirib.

Klaar həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və digər rəsmi şəxslərlə qısa fikir mübadiləsi aparıb.

“Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”, – o vurğulayıb.

***13:03

“Avropa İttifaqı Ermənistan və Azərbaycanla yaxından işləyir. Biz regionda dayanıqlı sülhə nail olunmasını istəyirik”.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İstanbulda TRT Dünya Forumunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün hazırda imkan yaransa da 30 illik bu münaqişə nəticəsində tərəflər arasında güvən və etibar yox olub və bunun formalaşması üçün zaman lazımdır. Mən düşünürəm ki, Aİ tərəflər arasında bu etibarın yaranması üçün geniş və fəal şəkildə işləyir”.

Toivo Klaar: “Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”Toivo Klaar: “Türkiyənin Azərbaycanla Ermənistan münasibətlərinin həlli üçün çoxlu təklifləri var”