63a5bb7c84e4763a5bb7c84e48167180582063a5bb7c84e4263a5bb7c84e44

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu məsuliyyətə cəlb olunub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Yaqublu 30 sutkalıq inzibati qaydada həbs olunub.

Paylaş: