9aa395ac 890f 3c19 9d18 69eec7d5bc8d 850

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüləri növbəti döyüşlərini keçiriblər.

Globalinfo.az xəbər verir ki, Tofiq Musayev və Vüqar Kərəmov “Bellator” və “Rizin”in birlikdə təşkil etdiyi “Super Rizin 2” turnirində kəmər döyüşünə çıxıblar.

Hər iki idmançı Yaponiyada baş tutan turnirdə rəqibinə qalib gəlib. Musayev yerli idmançı Akira Okada ilə üz-üzə gəlib. O, döyüşün ikinci raundunda rəqibini nokauta salıb.

Kərəmov isə yaponiyalı Mikuri Asakura ilə qarşılaşıb. Döyüşçü 1-ci raundda boğucu fəndlə qələbə qazanıb.

c6b02002 6c54 35cc b4a5 28d4f65796bb

Paylaş: