Titanikin yeni görüntüsü yayıldı – FOTO

1912-ci ildə batan Titanik gəmisinin qalıqları ilk dəfə tam şəkildə lentə alınıb.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, sualtı alətlərdən və yüksək görüntülü kameralarla skan edilən gəminin 3D formatında fotosu yayılıb.

İndiyədək okeanın səthinin altındakı qaranlıq və sərt şərait səbəbindən dağıntılardan cəmi bir neçə detal aşkarlanıb. Bu dəfə isə gəmi dərin dəniz xəritəsindən istifadə edilərək görüntülənib.

Mütəxəssislər ümid edirlər ki, tam ölçülü rəqəmsal skan 1500 sərnişin və ekipaj üzvünün ölümü ilə nəticələnən qəzada baş verənlərə aydınlıq gətirəcək.

Qeyd edilib ki, komanda dağıntılar altında 200 saatdan çox vaxt keçirib və 700 mindən çox şəkil çəkib.

Titanikin yeni görüntüləri YAYILDI