“Titanik”in yeni qurbanlarının meyit qalıqları tapıldı

Atlantik okeanının dibindən “Titan” batiskafının parçalanmış hissələri ilə yanaşı, qəzada həlak olanlara məxsus olduğu ehtimal edilən meyit qalıqları da çıxarılıb.

Globalinfo.az oxu.az-a istinadla Bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.

Bildirilir ki, artıq okeanda işlər yekunlaşıb. Meyit qalıqları identifikasiya aparılması üçün Kanadanın Sent-Cons şəhərinin limanına çatdırılıb.

Xatırladaq ki, “Titan” iyunun 18-də batmış “Titanik”ə ekspedisiyaya çıxıb və sonradan onunla əlaqə kəsilib. İyunun 22-də orada olan beş nəfərin ölmüş hesab edildiyi açıqlanıb.