Tiktoker Aysun həbs edildi

TikTok-da “axundova__302_” adı ilə tanınan Aysun Mirişli həbs edilib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, tiktoker narkotik dövriyyəsində ittiham olunur.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə A.Mirişli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

O, hamilə olduğunu əsas gətirərək həbsinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib. Hakim Gültəkin Əsədova isə bunu sübut edəcək sənədin olmadığı əsası ilə seçilmiş qətimkan tədbirini dəyişdirməyib.