“TikTok”dan mühüm yenilik

“TikTok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb.

Globalinfo.az xəbər verir ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz məhsullarını birbaşa “TikTok” proqramı vasitəsilə satmağa imkan verəcək.

Məlumata görə, yeni funksiyanı sınaqdan keçirmək üçün həmin şirkətlər müraciət də edib.

ABŞ-dan olan satıcılar artıq “TikTok Shop”u sınaqdan keçirməyə start veriblər.

Tezliklə digər məşhur beynəlxalq şirkətlərin də bu funksiyaya qoşulmağı planlaşdırdığı qeyd edilir.