Paşinyandan deputatlara telefon qadağası – Gülməli səbəb

“Nikol Paşinyan Milli Assambleyada deputatlarla görüşdən əvvəl onların telefonlarının və ağıllı saatlarının yığılmasını əmr edir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Ovik Ağazaryan deyib.

O bildirib ki, Paşinyan buna səbəb kimi görüş zamanı deputatların diqqət dağınıqlığını, müzakirələrdə aktiv iştirak etməmələrini və “TikTok”a girmələrini göstərib.

Məlumata görə, bu addımın digər səbəbi isə Paşinyanın öz komandasına güvənməməsidir. Buna görə də deputatlar Paşinyanla görüşdən əvvəl təpədən-dırnağa qədər yoxlanılırlar.

Ayşən Mustafa
Globalinfo.az