tiktok 1

“TikTok” 2025-ci ilin üçüncü rübündə 32 milyondan çox canlı yayımı bloklayıb.

Globalinfo.az xəbər verir ki, platformanın 24/7 rejimində fəaliyyət göstərən moderasiya sistemi İcma Qaydalarını pozan video məzmunları silir.

“Keçən rübdən etibarən “TikTok”, həmçinin platforma tələblərini pozan məzmunun Monetizasiyasının qarşısını almağa yönəlmiş canlı yayımların monetizasiya qaydalarına əməl olunmasının təmin edilməsi üzrə görülən tədbirlərlə bağlı məlumatları açıqlamağa başlayıb. İlkin mərhələdə yaradıcıların məzmununun qaydalara zidd ola biləcəyini anlamaqlarına kömək edən və dəyişiklik etmək imkanı yaradan xəbərdarlıqlar göndərilir. Pozuntular davam edərsə, “TikTok” müəllifin LIVE yayımlarda monetizasiya funksiyalarına çıxışını məhdudlaşdıra bilər.

Belə ki, 2025-ci ilin ikinci rübündə “TikTok” monetizasiya qaydalarını pozan 2.321.813 canlı yayım və 1.040.356 strimerə münasibətdə xəbərdarlıq və demonetizasiya da daxil olmaqla müxtəlif tədbirlər tətbiq edib. 2025-ci ilin üçüncü rübündə isə tədbir görülmüş canlı yayımların sayı ikinci rüblə müqayisədə 69% artaraq 3.914.684 yayım təşkil edib, təsirə məruz qalan strimer hesablarının sayı isə iki dəfədən çox artaraq 2.107.177 nəfərə çatıb. Bu göstəricilər platformanın LIVE yayımlara münasibətdə nəzarət və tədbirlərin tətbiqinə diqqətinin əhəmiyyətli dərəcədə artdığını göstərir”, – deyə bildirilib.

Məlumata görə, 2025-ci ilin üçüncü rübündə dünya üzrə İcma Qaydalarının pozulması ilə əlaqədar olaraq 200 milyondan çox video silinib:

“Video məzmunun 99,3%-i proaktiv şəkildə, yəni kimsə şikayət etməzdən əvvəl silinib. Videoların 94,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib. 2025-ci ilin üçüncü rübündə eyni dövr üçün Azərbaycanda İcma Qaydalarının pozulmasına görə 051.646 video silinib. Silinən videoların 99,6%-i platforma tərəfindən proaktiv şəkildə, yəni şikayət daxil olmadan əvvəl aradan qaldırılıb. Videoların 95,8%-i paylaşıldıqdan sonra 24 saat ərzində silinib ki, bu da qlobal orta göstəricilərdən yüksəkdir. 2025-ci ilin ikinci rübündə isə platforma 880 mindən çox video silib.

Qeyd edək ki, “TikTok” aparıcı qısa video tətbiqidir.

Paylaş: