Tikinti materialları mağazasında yanğın baş verdi: Xəsarət alanlar var – VİDEO

Bu gün paytaxtın Nərimanov rayonu, Ziya Bünyatov prospekti, “Yüksək ev” dam örtükləri mağazasında yanğın hadisəsi baş verib.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanların 1965-ci il təvəllüdlü İsmayılov Həbib Əziz oğlu və 1982-ci il təvəllüdlü Cəbrayılov Rahib Vidadi oğlu olduğu qeyd edilib. Onlar Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsinə yerləşdiriliblər. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırılma aparılır.

Qeyd edək ki, hadisə yerindən göndərilən görüntülərdə asfalt örtükdə yaranan çatların qaz sızmasına dəlalət etdiyi vurğulanıb.

Zaira Akifqızı
Globalinfo.az