Tiflis bu dəqiqələrdə… – FOTOLAR / VİDEO

Xəbər verdiyimiz kimi, hazırda Gürcüstan parlamenti qarşısında etiraz aksiyası davam edir.

Etirazçılar parlament binasını mühasirəyə almaq istəyirlər. Buna görə parlament binasının ətrafına xüsusi təyinatlı polis qüvvələri cəlb edilib. Onlar parlamentin həyətindən su şırnaqları ilə onları qovmağa çalışıblar. Aksiya iştirakçılarının tələbləri isə hökumətin “xarici agentlər” qanununu geri çəkməsi və saxlanılanların buraxılmasıdır.

Xatırladaq ki, ötən gündən başlayan aksiyada saxlanılanların sayı 76-ya çatıb.