Tiflisdən ABŞ-a sərt reaksiya: O şəxs bizi təhqir edir!

Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze ABŞ senatoru Cin Şahini Gürcüstanı təhqir etməkdə ittiham edib.

Globalinfo.az xəbər verir ki, Kobaxidze bu fikirləri “Birinci kanala” müsahibəsində dilə gətirib.

O, Şahinin hələ də Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının dostu olaraq qaldığını və bunun üçün Gürcü Arzusunu hədəf aldığını bildirib:

“Şahin Gürcüstan dövləti haqqında danışmaqla onu təhqir edir. Onların siyasi maraqları Tiflisin siyasi maraqlarına cavab vermir”.

Qeyd edək ki, C.Şahin bundan öncə Gürcüstana yardım həcmini azaltmağı tələb etmişdi.

Son zamanlar Gürcüstanla ABŞ arasında münasibətlərdə gərginlik müşahidə edilir. Xüsusilə Tiflisin Rusiya əleyhinə ikinci cəbhəni açmaqdan imtina etməsi, eləcə də Kiyevə dəstək məsələsində təmkinli mövqe nümayiş etdirməsi ABŞ-ın Gürcü Arzusu Partiyasına hücumlarını artırmışdı. Partiyanın əsas lideri sayılan Bidzina İvanişvili isə Rusiyaya xidmətdə ittiham edilmişdi.

İlkin
Globalinfo.az