Tiflisdə Stalinin təsviri olan ikona təhqir olundu – VİDEO

Tiflisdəki Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedralı) İosif Stalinin ikonası ilə yanaşı olan Müqəddəs Matrona ikonasına naməlum şəxslər tərəfindən boya tökülüb.

Globalinfo.az xəbər verir ki, İkonaya boya atılması ilə bağlı görüntülər sosial medianın gürcüdilli seqmentində paylaşılıb.

Maraqlı məqam ondan ibarətdir ki, Stalinin təsvir olan hissəyə boya düşməyib.

Patriarxlıq hələki insidentə münasibət bildirbəyib.

Qeyd edək ki, bundan öncə siyasətçi Georgi Kandelaki katedralda Stalinin ikonasının peyda olmasını kəskin tənqid etmişdi.