Tiflisdə silahlı insident: Ölən və yaralananlar var

Gürcüstanın paytaxtı Tiflisdə silahlı insident baş verib.

Globalinfo.az-ın APA-ya istinadən xəbər verir ki, paytaxtın Qoqebaşvili küçəsində baş vermiş insident zamanı 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.

Gürcüstan DİN qətli törətməkdə şübhəli bilinın şəxsin kimliyinin müəyyənləşdirildiyini açıqlayıb. Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.

Cinayətin motivləri açıqlanmayıb.