Tiflis Qərbə qarşı çıxdı: “Xarakiri etmək fikrimiz yoxdur”

Gürcüstan anti-Rusiya sanksiyaları tətbiq edərək, xarakiri etməyəcək.

Globalinfo.az bildirir ki, bunu Gürcü Arzusu Partiyasının sədri Kaxa Kaladze deyib.

“Biz ölkəmizin və onun üzərində yaşayanların maraqlarını qoruyacağıq. Sanksiyalara qoşulsaydıq, kim zərər görəcəkdi? Yalnız 24 saat işləyərək gəlir əldə etmək istəyən biz, ölkəmiz, insanlarımız əziyyət çəkəcəkdi”, – o bildirib.

Qeyd edək ki, müharibənin başlağıcından bu yana Gürcü Arzusu hökuməti Rusiyaya sanksiyalar tətbiq etmədiyi üçün tənqid atəşinə tutulur. Bu isə öz növbəsində Tiflisin ABŞ ilə münasibətlərində soyuqluğun yaranmasına gətirib çıxarıb.

İlkin
Globalinfo.az