Tibb müəssisələrində COP29-la bağlı işlərə başlanıldı – FOTOLAR

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ixtisaslı tibbi xidmətin göstərilməsi üçün ayrılan tibb müəssisələri arasında TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinika da yer alıb.

Globalinfo.az xəbər verir ki, ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada aparılan hazırlıq prosesi ilə tanış olublar.

Rəsmilər Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım, Reanimasiya və Stasionar şöbələrinə baxış keçirib, kliniki protokollara uyğun icra olunacaq tibbi xidmətlər barədə onlara ətraflı məlumat verilib.

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib ki, Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. “COP” (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan “Tərəflərin Konfransı” mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı (FOTO)

COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı (FOTO)

COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı (FOTO)

COP29-un keçiriləcəyi dövrdə tibbi xidmətlərin təşkili üçün hazırlıq işlərinə başlanıldı (FOTO)