İsrail Qəzzada neçə il qalacaq? – İlkin vaxt açıqlandı

“İsrail növbəti 10 il ərzində Qəzza zolağında hərbi mövcudluğunu saxlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qəzet yazır ki, hərbi əməliyyatın birinci mərhələsini – Qəzza zolağında HƏMAS-ın silahlı birləşmələrinin məhv edilməsini başa çatdırmaq üçün İsrailə ən azı bir-iki il lazım olacaq. Eyni zamanda anklavda vəziyyəti sabitləşdirmək və orada yeni administrasiya formalaşdırmaq üçün daha səkkiz il vaxt lazımdır.

“Plan reallaşarsa, İsrail bu illər ərzində Qəzza zolağında hərbi mövcudluğunu qoruyub saxlayacaq. Hətta Həmas məhv edildikdən sonra da digər silahlı qruplarla mübarizə xeyli vaxt aparacaq. Ancaq 5-10 ildən sonra ərazi demilitarizasiya ediləcək və İsrailə yaxın yerli Fələstin administrasiyasının nəzarətinə veriləcək”, – qəzet yazıb.

Əliyar Xəlil
Globalinfo.az