Tezliklə karantinlə bağlı mühüm qərarlar veriləcək – İddia

Azərbaycanda yaxın günlərdə karantin rejimi ilə bağlı qərar veriləcək.

Globalinfo.az xəbər verir ki, bu barədə “Operativ Media” məlumat yayıb.

Bildirilib ki, gündəmdə Türkiyə və Gürcüstanla quru sərhədlərin açılması məsələsi də var.

Qeyd edək ki, karantin rejimi sonuncu dəfə 1 may 06:00-dək uzadılıb.

Hazırda Azərbaycanda 480 nəfər aktiv koronavirus xəstəsi var.