İranın xarici işlər naziri Abbas Əraqçi Şərif Texnologiya Universitetinə edilən hücuma reaksiya verib.
Globalinfo.az “Azad İran” teleqram kanalına istinad xəbər verir ki, bu barədə Əraqçi sosial media hesabında paylaşım edib.
“İşğalçı İsrail-Amerika Şərif Texniki Universitetini bombaladılar. Bu, digər universitetlərə edilən hücumların davamıdır. 1400 il əvvəl Məhəmməd Peyğəmbər (s) demişdi ki, əgər bilik uzaq ölkərlərdə olsa belə, iranlılar ona çata biləcəklər. İşğalçılar tezliklə bizim gücümüzü görəcəklər”, – paylaşımda deyilir.
Xatırladaq ki, ABŞ İranın Şərif Texnologiya Universitetinə bunkerdeşən bombalarla hücum edib.