Təyyarədə kəskin qoxu: təcili eniş etdi

Almaniyanın Frankfurt şəhərindən San-Fransiskoya yola düşən Birləşmiş Hava Yollarına məxsus təyyarə təcili eniş edib.  

Globalinfo.az xəbər verir ki, buna səbəb tualetdən gələn kəskin qoxu səbəb olub.

Təyyarə havaya qalxdıqdan sonra tualetlərdən birinin nasaz olduğu məlum olub.

Stüardessalar tualeti düzəltməyə çalışarkən təyyarə Şimal dənizi üzərində bir neçə dövrə vurub. Ekipaj üzvləri nasazlığı aradan qaldıra bilmədikləri üçün pilotlar təcili olaraq uçuş hava limanına qayıtmağa qərar veriblər.

Aviaşirkət rəsmiləri bildiriblər ki, sərnişinlər hoteldə yerləşdiriliblər və növbəti reyslə yola salınıblar.