Ermənilər konsulluğumuzda təxribat törətdilər

Ermənilər Los-Ancelesdə yerləşən Azərbaycan konsulluğunun binasının qarşısında təxribat törədiblər.

Globalinfo.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə bir neçə şəxsin binaya qırmızı boya atdığı əks olunur.

Həmçinin sentyabrın 19-u gecə saatlarından etibarən burada yaşayan bir qrup erməni küçələrə toplaşaraq etiraz şüarları səsləndirməyə başlayıb və yolları bağlamağa cəhd ediblər.

Əliyar Xəlil
Globalinfo.az