WhatsApp Image 2026 05 18 at 17.41.56

“Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbir çox gözəl təşkil olunub”.

Bunu Globalinfo.az-a açıqlamasında türkiyəli iştirakçı, Orta Doğu Teknik Universitetinin professoru Birol Kılkış deyib.

O bildirib ki, forumda hər şey sistemli şəkildə qurulub:

“WUF13 tədbirinə ilk dəfədir qatılıram. İştirakçı sayı çoxdur. Buna görə Azərbaycana təşəkkür edir və təbrik edirik. Bilirsiniz ki, Azərbaycan bizim qardaş ölkəmizdir. Çox məmnun qaldıq. Sabah burada qızımın da çıxışı var. Biz də öz töhfəmizi verməyə çalışırıq”.

Professor qeyd edib ki, Qarabağı görmək niyyətindədir:

“Qarabağa səfər etməmişəm, amma görmək istərdim. Azərbaycan stendində Qarabağın nə qədər dəyişdiyini və necə gözəlləşdiyini gördüm. Təbrik edirik, xeyirli olsun deyirik”.

Ləman İmran
Globalinfo.az

Paylaş: