“Təşəkkür”ə görə milyonlar: nəzakətli istifadəçi “OpenAI”yə baha başa gəlir

Süni intellektə qarşı nəzakətli olmaq “OpenAI” şirkətinə milyonlarla dollara başa gəlir.

Globalinfo.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Sem Altman məlumat yayıb.

Onun sözlərinə görə, istifadəçilərin “ChatGPT”yə “zəhmət olmasa”, “təşəkkür edirəm” kimi ifadələrlə müraciət etməsi nə qədər xoş niyyətli olsa da, ciddi enerji sərfiyyatına səbəb olur. Hər bir mesajı cavablandırmaq üçün güclü serverlər işləyir və bu, böyük elektrik enerjisi tələb edir.

“Future” araşdırma qurumunun məlumatına görə, istifadəçilərin 70 faizi süni intellektlə nəzakətli danışmağa çalışır.

Aysel Əliyeva
Globalinfo.az