Tərtərin Talış kəndinə köç baş tutub – YENİLƏNİB

“Böyük Qayıdış” ın növbəti mərhələsi üzrə Tərtərin Talış kəndinə köçürülmə prosesi başlayıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, rayonun işğaldan azad edilmiş Talış kəndinə köçürülən ailələr artıq kəndə çatıb.

Burada sakinləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

***12:39

Böyük Qayıdış” ın növbəti mərhələsi Tərtərdə reallaşıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün rayonun işğaldan azadedilmiş Talış kəndinə ilkin mərhələdə 90 nəfərdən ibarət 20 ailə köçürülür.

Bakı, Samux və Tərtərdən köçürülən ailələr köçkünlük həyatına birdəfəlik son qoyulur.

Bununla bağlı Tərtər şəhərindəki Bayraq Meydanında tədbir təşkil olunub.