6a5678b5a0a1d6a5678b5a0a1e17840518936a5678b5a0a1b6a5678b5a0a1c 13

Tərtərdə baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərin ər-arvad olduğu məlum olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, qəzada ölən Bərdə rayonunun Qaraqoyunlu kənd sakinləri – 1962-ci il təvəllüdlü Əhmədov Adil İbrahim oğlu və 1973-cü il təvəllüdlü Əmirova Elza Novruz qızı bir ailənin üzvləri, yəni ər-arvad olublar.

Qeyd edək ki, onlar Tərtər rayonunun Təzəkənd kəndi ərazisində yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində baş verən qəzada həyatlarını itiriblər.

Faktla bağlı araşdırma davam etdirilir.

6a5678b5b20386a5678b5b203917840518936a5678b5b20366a5678b5b2037 10 6a5678b5cd5506a5678b5cd55117840518936a5678b5cd54e6a5678b5cd54f 1

Paylaş: