Tərtərdə oğul öldürüldü, ata saxlanıldı

terter

Tərtərdə qətl hadisəsi baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.

Məlumata görə, 1968-ci il təvəllüdlü Muğan Həsənov oğlu 1991-ci təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaraq öldürüb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.