Tərtərdə bir nəfər minaya düşdü

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

Daxili İşlər Nazirliyindən Globalinfo.az-a bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib.