“Tərtər işi”nə görə tutulan daha 1 nəfər azadlığa buraxıldı – 5 illik həbsdən sonra

“Tərtər işi” üzrə dövlətə xəyanət maddəsi ilə 2018-ci ilin yanvarında həbs edilərək 11 il müddətinə azadlıqdan məhrum edilmiş hərbi qulluqçu MAXE Şükürov Sədayıl Mikayıl oğlu azadlığa buraxılıb.

Globalinfo.az xəbər verir ki, Masallı rayonu, Xallıcallı kəndindən olan Şükürov Sədayıl bu gün Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə bəraət alıb.

Qeyd edək ki, Sədayıl Şükürov 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma cinayətlərini törətməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi qərarı qüvvədə saxlamışdı.

Sonradan Ali Məhkəmə qərarı ləğv edərək işi apellyasiya baxışına qaytarmışdı.

Turan Rzayev 

Globalinfo.az