Tərtər İcra Hakimiyyətində antikorrupsiya əməliyyatı: baş memar tutuldu – YENİLƏNİB

Xəbərin ilk yayılma tarixi 31 avqust 2023, saat 20:28

İyulun 31-də Tərtər rayon İcra Hakimiyyətində xüsusi əməliyyat tədbiri keçirilib.

Globalinfo.az-a daxil olan məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Ənvər oğlu Kərimov tutulub. 1 saata yaxın davam edən əməliyyat zamanı Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən ötən 5 il ərzində keçirilən tenderlərə aid sənədlər götürülüb. Başına qara torba keçirilən Tofiq Kərimovun Bakıya gətirildiyi bildirilir.

Redaksiyaya daxil olan məlumata görə, əməliyyatın keçirilməsinin bir səbəbi də müharibə zamanı vətəndaşların dağılmış mülkiyyətinə dəyən ziyanın ödənilməsində qanunsuzluğa yol verilməsidir. Deyilir ki, bu istiqamətdə dövlətin ayırdığı vəsait yerli məmurlar tərəfindən talan edilib.

Saytımıza verilən məlumata görə, 70 yaşlı Tofiq Kərimov icra başçısı Müstəqim Məmmədovun yaxın adamı olub. Mənbəmizin sözlərinə görə, RİH adından bütün qeyri-leqal proseslərə Tofiq Kərimov nəzarət edirmiş.

Qeyd olunur ki, əməliyyat keçirilən zaman başçı məzuniyyətdə olub. Belə xəbər var ki, başçı Müstəqim Məmmədov 2 gün əvvəl məzuniyyətə çıxıb və xarici ölkələrdən birinə istirahətə gedib. Müstəqim Məmmədovun da istintaqa cəlb ediləcəyi xəbəri var.

Tərtərdə keçirilmiş əməliyyat haqda əlavə məlumat öyrənmək üçün Müstəqim Məmmədovla əlqə saxlamaq üçün onun möbil nömrəsinə zəng etdik. Amma cəhdlərimiz nəticəsiz qaldı. Hər zəngdə telefonu “məşğul” rejimə saldı. Demək, başçı möhkəm məşğuldur…

Zaira Akifqızı
Globalinfo.az