
Türkiyənin paytaxtı Ankarada terror aktı törədən terrorçuların TUSAŞ-a daxil olduğu görüntülər yayılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Kadrlarda terrorçulardan birinin qadın, digərinin isə kişi olduğu aydın görünür.
Bu arada Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi TUSAŞ-da baş verən terrorla bağlı yalnız rəsmi mənbələrin verdiyi informasiyalara inanmağa, əsassız iddiaları tirajlamaqdan çəkinməyə çağırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az