Terrorçu ilə döyüşən Vasifin əməliyyatdan sonrakı ilk FOTOSU

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı terrorçunu zərərsizləşdirən Vasif Tağıyev əməliyyat olunub.

Globalinfo.az “Qafqazinfo”ya istinadla onun əməliyyatdan sonra çəkilən ilk görüntüsünü təqdim edir:

Qeyd edək ki, yanvarın 27-də saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş isə yaralanıb.