Terror qurbanlarının arasında ata ilə qızı da var… – FOTOLAR

Xəbər verdiyimiz kimi, noyabrın 13-ü İstanbulun İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünənki partlayışda həlak olanlar arasında Yusuf Meydan adlı bir şəxs və azyaşlı qızı Ecrin də olub.

Daha sonradan məlum olub ki, Yusuf Meydan Adanada Uşaq Evləri Koordinasiya Mərkəzi İdarəsində çalışıb və ailəsi ilə İstanbula şəxsi məqsədlər üçün gəlib.

Ata və övladının həlak olması Türkiyə mediasında və sosial şəbəkələrdə böyük sarsıntı və üzüntü ilə qarşılanıb.

Ata ilə azyaşlı qızı da terror aktının qurbanı olub