
Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya 246 hərbçisini Ukrayna əsirliyindən geri alıb. Əvəzində eyni sayda – 246 ukraynalı əsiri qarşı tərəfə təhvil verib.
Rusiya Ukraynaya 31 yaralı hərbçini təhvil verib. Ukrayna da öz növbəsində 15 yaralı rusiyalı hərbi əsiri azad edib. Qeyd edək ki, bu mübadilə hər iki tərəfin razılığı ilə həyata keçirilib və əsirlərin sayı bərabər olub.
Aysel Əliyeva
Globalinfo.az