Təranə Səmədovanın həbs səbəbi bilindi – RƏSMİ

Prodüser Təranə Səmədovanın həbs səbəbi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Globalinfo.az-a açıqlamasında Təranə Səmədovanın həbs olunması xəbərini təsdiq edib.

O, T.Səmədovanın hədə-qorxu ilə tələb etmə cinayətinə görə həbs edildiyini deyib.

Bildirib ki, T.Səmədova Cinayət Məcəlləsinin 182-ci maddəsinə uyğun olaraq barəsində açılmış cinayət işi üzrə tutularaq istintaqa cəlb edilib.

Zaira Akifqızı
Globalinfo.az