Petrosyanın Qarabağla bağlı 25 il əvvəlki məşhur məktubu – İnanılmaz sözlər…

“Əminəm ki, paket, mərhələli və ya digər variantlarla bağlı görünən müzakirələr nizamlanma prosesini ləngitmək, mövcud vəziyyəti, yəni status-kvonu mümkün qədər uzun müddət saxlamaq üçün pərdədir”.

Globalinfo.az xəbər verir ki, bu sözlər Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1998-ci il 8 yanvarında Qarabağ separatçıları Robert Köçəryan, Vazgen Sarkisyan, Serj Sarkisyana göndərdiyi məktubda qeyd edib.

Petrosyan Ermənistanın keçmiş Dağlıq Qarabağı və ətraf 7 rayonun işğalını davam etdirdiyi, tam üstün mövqedə olduğu bir vaxtda bədbin proqnoz verməsi diqqət çəkib.

O, məktubunun davamında yazır:

“Mövcud vəziyyətin həm Qarabağın (keçmiş separatçı rejim – red), həm də Ermənistanın mövcudluğu üçün nə qədər böyük təhlükə yaratdığını ağrı ilə hiss edirəm. Batum və Aleksandropoldan əvvəl olduğu kimi, bu gün də Qarabağ məsələsinin əlverişli həlli və Ermənistanın çiçəklənməsi üçün bəlkə də son fürsəti itiririk. Bunun üçün hamımız xalqımızın qarşısında cavab verəcəyik”.

Qeyd edək ki, Levon Ter-Petrosyanın proqnozları özünü doğrultdu. Azərbaycan parlaq qələbə ilə Qarabağı işğaldan azad etdi. Bununla yanaşı, hazırda Ermənistanın bir dövlət kimi var olması məsələsi də müzakirə mövzusuna çevrilib.

Tamerlan Yayaqan
Globalinfo.az