Təqaüdə göndərilən general idarə rəisi təyin edildi

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinə yeni rəis təyin olunub.

Globalinfo.az “Unikal”a istinadən bildirir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən idarənin rəisi vəzifəsinə gömrük xidməti general-mayoru Güloğlan Muradlı təyin edilib.

Qeyd edək ki, Güloğlan Muradlı bundan əvvəl Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən ilin may ayında vəzifəsindən azad edilərək təqaüdə göndərilmişdi.