temu

Çinə məxsus beynəlxalq elektron ticarət şəbəkəsi “Temu” Azərbaycan manatı formasında dəsmalların satışına başlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, dəsmallar barəsində elan Temu platformasında yerləşdirilib.

Sayt dəsmalların hamam, çimərlik və yoqa meditasiyası üçün uyğun olduğunu bildirir.

İndiyə qədər bu dəsmallardan 3 ədədinin satıldığı qeyd olunur.

Qiyməti 38.13 manat olan dəsmallar hazırda endirimlə 16.16 AZN-ə təklif edilir.

Paylaş: