Televiziya və saytlarda çalışan texniki heyət Media Reyestrinə salınmayacaq

“Telekanallarda və ya saytlarda çalışan texniki heyət üzvlərinin Media Reyestrində qeydiyyatdan keçməsi nəzərdən tutulmayıb”.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bunu MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

O bildirib ki, “Media haqqında” qanunda texniki heyət jurnalist anlayışı ilə əhatə olunmayıb:

“Ona görə də onlar Media Reyestrinə daxil ola bilməyəcək. Buna baxmayaraq, onların fəaliyyətində hər hansı məhdudiyyət olmayacaq”.

Medianın İnkişafı Agentliyinin Hüquq xidmətinin rəhbəri Rəqsanə Kərimova isə əlavə edib ki, Agentlik fəaliyyəti çərçivəsində texniki heyətin inkişafı üçün təlimlər həyata keçiriləcək.