Teleqramda mühüm YENİLİK: Bundan sonra üç ölkədə…

“Rusiyadan olan Teleqram istifadəçiləri mesaj göndərən şəxslərin dairəsini məhdudlaşdıra biləcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durov deyib.

O bildirib ki, Rusiya, Belarus və Ukraynadan olan istifadəçilər onlara şəxsi mesaj göndərəcək şəxslərin dairəsini məhdudlaşdırmaq imkanı əldə edəcəklər.

Onun sözlərinə görə, 4 gün öncə Teleqram sosial şəbəkəsinin rusdilli istifadəçiləri yad şəxslərin terror aktlarına çağırış edən mesajlarından şikayət etməyə başlayıblar. Bundan sonra bu cür fəaliyyəti məhdudlaşdırmaq üçün bir sıra texniki və təşkilati tədbirlər tətbiq edilib.

“Gələn həftənin əvvəlindən Rusiya, Ukrayna və Belarusdan olan bütün istifadəçilər onlara şəxsi mesaj göndərə bilən şəxslərin dairəsini məhdudlaşdıra biləcəklər. Biz həmçinin bu cür spamları daha effektiv filtrləmək üçün süni intellektə əsaslanan həllər tətbiq edirik”, – Durov bildirib.

Xatırladaq ki, daha öncə Kreml rəsmisi Dmitri Peskov Teleqram-ın yaradıcısını messenceri daha yaxından izləməyə və terorr çağırışlarına diqqət yetirməyə çağırıb. O, Rusiyada Teleqram sosial şəbəkəsinin bloklanması haqda planın olmadığını bildirib.

Əliyar Xəlil
Globalinfo.az