Tələbələrin dostundan SON DƏQİQƏ açıqlaması: “Onların olduğu mərtəbədədirlər, Azərbaycan bayrağı tapıldı”

“Xilasedicilər bizim tələbələrin olduğu mərtəbəyə daxil olublar”.

Bunu Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin dostu Qurbanov Sahil Globalinfo.az-a açıqlamasında deyib.

“Bizim tələbələrin yaşadığı binanın 2-ci mərtəbəsində Azərbaycan Bayrağı tapılıb. Bayraq isə bizim uşaqların yaşadığı binanın salonunda idi”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az