Tələbə yoldaşını öldürən gənc tutuldu

8 fevral 2023-cü il tarixdə saat 2 radələrində 2002-ci il təvəllüdlü Əliəkbər Mərəyevin Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin yataqxanasında ölməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Globalinfo.az-ın xəbərinə görə, Binəqədi rayon prokurorluğundan bildirilib ki, ilkin araşdırma zamanı Əliəkbər Mərəyevin adı çəkilən təhsil müəssisəsinin tələbəsi, 2007-ci il təvəllüdlü otaq yoldaşı Rəşad Elşad oğu Muxtarov tərəfindən bıçaqla yetirilmiş xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Binəqədi rayon prokurorluğunda CM-in 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəşad Muxtarov iş üzrə şübhəli şəxs qismində tutulub.