İsrail Təl-Əvivdə baş verən terror hücum nəticəsində 4 nəfərin öldüyünü açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 9 nəfərin vəziyyəti ağırdır.
Qeyd edək ki, atışma hadisəsi Təl-Əvivdə baş verib. Hadisə şəhərin cənubunda, yəhudi-ərəb əhalisinin qarışıq yaşadığı Yaffada baş verib. Ən azı bir neçə nəfər yaralanıb və bunun terror aktı olduğu ehtimal edilir.