“İran ABŞ və İsrailin hücumlarına hazırlaşırdı və istənilən münaqişə ssenarisinə də hazır idi”.
Globalinfo.az xəbər verir ki, bunu İslam Respublikası Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib.
“Bütün ssenarilər üçün planlar hazırlanıb və ölkənin müdafiə potensialı indiyə qədər istifadə ediləndən daha çoxdur. Siz qırmızı xəttimizi keçmisiniz və bunun üçün pul ödəməlisiniz”, – deyə 0 bildirib.
Qeyd edək ki, fevralın 28-də ABŞ Prezidenti Donald Tramp İrana qarşı “Epik Qəzəb” adlı genişmiqyaslı hərbi əməliyyatın başlandığını elan edib. Zərbələr nəticəsində İranın Ali Lideri Əli Xamenei həlak olub. Onun ölümünə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) respublika silahlı qüvvələrinin “tarixin ən güclü hücum əməliyyatını” elan edib.
Əliyar Xəlil
Globalinfo.az