Səfirliyimizə hücumla bağlı istintaq başa çatdı – İran açıqladı

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı istintaq başa çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, İranın Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü Məsud Sitayeşi Tehrandakı səfirliyimizə hücumla bağlı danışıb.

“Təəssüflər olsun ki, bu ilin fevralında Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücum diplomatik normaların, iki dost və qonşu ölkə arasında münasibətlərin pozulmasına səbəb olub və buna görə də ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanlarının rəhbərləri hücumun əsas günahkarı və ya onun baş verməsində rolu olan hər hansı digər şəxsin ciddi və qətiyyətli şəkildə cəzalandırılmalı olduğunu hər zaman vurğulayıblar”, – İran rəsmisi bildirib.

Sitayşinin sözlərinə görə, işin müxtəlif aspektləri müəyyən edilib və istintaq tamamlanıb. O, bu məsələdə Azərbaycan tərəfinin də əməkdaşlıq etməsini vacibliyini qeyd edib.