Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanımız yenidən əməliyyat olundu – VİDEO

 

 

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev ötən gün yenidən əməliyyat olunub.

Globalinfo.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat olunub:

“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulmuşdu. Əməliyyat edib, onları çıxardılar. İki həftə yemək yeməyində çətinliklər olacaq”.

O qeyd edib ki, Vasifin vəziyyəti yaxşıdır.

Xatırladaq ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Mahir İmanov və Vasif Tağıyev – hücumun qarşısını alarkən yaralanıb.

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.