Abdullahian səfirliyimizə terror hücumundan danışdı

Prezident İlham Əliyevlə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian görüş zamanı iki ölkə arasındakı əlaqələr və Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı araşdırılmanın gedişatını müzakirə ediblər. 

Globalinfo.az xəbər verir ki, İran XİN başçısı Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktının İranın məhkəmə və hüquq-mühafizə orqanları tərəfindən çox ciddi şəkildə araşdırıldığını bildirib.

Abdullahian Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvarlığını ifadə etdib.

Prezident İlham Əliyev öz növbəsində Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin layiqli cəzasını alacaqlarına ümidvar olduğunu deyib.