Tehranın əsas məscidində qisas çağırışı olan bayraq peyda olub.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Qisas çağırışını simvolizə edən qırmızı bayraq Tehrandakı əsas dini kompleks olan İmam Xomeyni Müsəllasının günbəzində dalğalanır.
Son üç gündə iranlılar burada vəfat etmiş ali lider Əli Xamenei və onun ailə üzvləri ilə vida mərasimində iştirak ediblər.
Xameneinin tabutunun Müsəllada olduğu son saatlarda onunla vidalaşmaq üçün bir neçə milyon insan axın edib. Paytaxt boyunca matəm tədbirləri davam edib, insanlar axşam saatlarında əllərində bayraqlar və liderin portretləri ilə əsas meydanlara toplaşaraq hakimiyyətə dəstəklərini ifadə ediblər”, – deyə qeyd olunub.
Bildirilib ki, şəhər mərhum liderin və onun ailə üzvlərinin cənazələrinin müşayiəti ilə keçiriləcək genişmiqyaslı yürüşə hazırlaşır.
Rəsmi məlumatlara görə, yürüşdə 15-20 milyon nəfərin iştirakı gözlənilir.
Günel Cəlil
Globalinfo.az