tehran 1

İsrail ötən gecə Tehranda mühüm hərbi, sənaye və elmi-tədqiqat obyektlərinə bir sıra hava zərbələri endirdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) telegram kanalında məlumat yayıb.

Bildirilib ki, əməliyyatda İsrail Hərbi Hava Qüvvələrinin 60-dan çox qırıcısı iştirak edib.

“Ümumilikdə 120-yə yaxın sursat istifadə olunub. Zərbələr əvvəllər kəşf edilmiş koordinatlar üzrə həyata keçirilib. Vurulan hədəflər arasında raket komponentləri və mühərrikləri üçün istifadə olunan materiallar istehsal edən obyektlər də olub. Bu sənaye kompleksləri illərdir İran Müdafiə Nazirliyinin maraqları çərçivəsində fəaliyyət göstərir”, – deyə qeyd olunub.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: